CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

500 donbaslıya sahib çıxan azərbaycanlı

© Photo : Şəxsi arxivSeyran Hüseynov, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun liderlərindən biri
Seyran Hüseynov, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun liderlərindən biri - Sputnik Azərbaycan
Abunə olmaq
Seyran Hüseynov: "Rusiyanin zəngilinliyi xalqlar dostluğunda, tolerantlıqda və vətənpərvərliyindədir. Bu gün Avropa Şərq ölkələrindən gələn qaçqınların problemini həll edə bilmir. Amma Rusiyada 2 milyona yaxın qaçqın var"

BAKI, 15 fev — Sputnik. "Rusiya öz gücünü xalqlar dostluğu, tolerantlıq və vətənpərvərlik kimi dəyərlərdən alır". Bunu Sputnik-ə açıqlamasında, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun liderlərindən biri, "Marsey" idman klubunun rəhbəri Seyran Hüseynov deyib.

Moskvadadkı Novo-Oqarevo prezident rezidensiyasında Liderlər Klubunun üzvləri ilə görüş zamanı Putinin söylədiyi "Vətənpərvərlik mili fikrin özəyidir. Vətənpərvərlikdən başqa birləşdirici fikir yoxdur" sözlərini dəyərləndirən iş adamı S.Hüseynov bildirib ki, Rusiyanı zəngin edən müxtəlif xalqlar arasındakı dostluq, dinlərarası dialoq, toerantlıq və vətənpərvərlikdir.

"Rusiya toplumunun bu gün birlik və bərabərlik içində olması çox əhəmiyyətlidir. Dolayisi ilə cənab Putinin bu fikrini dəstəkləyirik. Əslində Rusiyanın bügünkü inkişafı Putinin siyasətinin nəticəsidir", —deyə S. Hüseynov bildirib.

Dmitrovda "Marsey" idman klubunu yaratdığını deyən iş adamının sözlərinə görə, bu idman klibunda müxtəlif millətlərin nümayəmdələri məşq edirlər: "Bizdə "millət" sözü yoxdur. Bizdə sadəcə "Rusiya vətəndaşı" anlayışı var. Klubumuzda 200-ə yaxın idmançı yetişir. Bunlar arasında 5 Dünya çempionumuz var ki, onlar Rusiyanın idman şərəfini qoruyaraq, milli bayrağını yüksəklərə qaldırdı. Mənə görə vətənpərvərlik budur!".

"Bizim məqsədimiz də buna xidmət etməkdir. Bu idmançıların anaları, ataları dəfələrlə boynumuza sarılaraq bizə minnətdarlıq edirlər. Niyə? Çünki onlar övladlarının pis işlərlə deyil, idmanla məşğul olduqları üçün bundan məmnundurlar", —deyə həmsöhbətimiz vurğulayıb.

Ukraynanın şərqindəki Donbasda döyüşdən qaçaraq Rusiyaya pənah gətirən 500-ə yaxn qaçqına sahib çıxdığını bildirən S. Hüseynov, Dmitrovda 506 qaçqını qida və gündəlik məişət əşyaları ilə təmin edib. Bir neçə ailənin qalması üçün evinin qapılarını açıb.

"Rus dostlarımla birlikdə 100-ə yaxın qaçqına iş tapmasında yardım etdik. Bir azərbaycanlı kimi rus dostlarımla birlikdə ehtiyacı olan o qaçqınlara yardım etmək mənim üçün şərəfdir. Təbii ki, bu işin mənəvi tərəfi də var. Bu da insanlıq borcudur. Bu gün Avropa Şərq ölkələrindən gələn qaçqınların problemini həll edə bilmir. Amma Rusiyada 2 milyona yaxın qaçqın var. Rus xalqı insanpərvər xalqdır", —deyə biznesmen vurğulayıb.

1994-cü ildən Rusiyada yaşadığını deyən S. Hüseynovun sözlərinə görə, ən yaxşı dostları da, məhz rus xalqının nümayəndələridir: "Biz bir ailəyik. Ümumi olaraq Rusiyada yaşayan biz azərbaycanlılar Rusiya cəmiyyətinin ayrılmaz bir parçasıyıq. Rusiya cəmiyyəti zəhmətkeş insana çox dəyər verir. Əvvəllər televiziyalarda belə azərbaycanlılar haqqında pis danışırdılar. Bir mənfi imic formalaşmışdı. Amma bu gün Rusiya lideri Putinin siyasəti nəticəsində pis xalq imici təbliğatına son qoyulub. Bu gün məni daha çox sevindirən yeni nəsil azərbaycanlılarının burada təhsil almasıdır. Mən özüm 42 azərbaycanlı gəncin ali təhsil almasına yardım etmişəm. Düşünün, Dmitrov şəhərində 5 min azərbaycanlı yaşayır və bunların arasından 42 gəncin təhsil almasına bilavasitə yardımçı olmaq nə deməkdir".

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri - Sputnik Azərbaycan
SİYASƏT
Moskvadan Azərbaycan-Rusiya münasibətləri ilə bağlı mühüm mesaj

Dmitrov şəhərində müxtəlif xeyriyyəçilik kampaniyalarında fəal iştirak etdiyini vurğulayan S. Hüseynov həbsxanadakı məhkumlara da yardım etdiyini deyir: "Qadın həbsxanalarında keçirilən gözəllik yarışmalarının sponsorluğunu üzərimə götürmüşəm. Kilsə ilə birlikdə xeyriyyəçi kampaniyalarda da yer almışıq. Rusiya Ortodoksal Kilsəsi buna görə dəfələrlə bizə təşəkkürünü bildirib. Biz Azərbaycan diasporu olaraq Rusiyada dinlərarası dostluğun yaranmasına bir balaca yardımımız olubsa, bu bizi çox sevindirir. Çünki bizlər güclü Rusiya ailəsinin ayrılmaz parçasıyıq".

Xəbər lenti
0