04:42 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
1301

XİN rəhbərinin müavini Azərbaycanın terrorçuluq, qanunsuz narkotik vasitələrin dövriyyəsi və radikalizm kimi beynəlxalq təhdidlərlə mübarizədə beynəlxalq normalara sadiq qaldığını olduğunu qeyd edib.

BAKI, 11 fev — Sputnik. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu fəaliyyətini aktivləşdirməlidir”.

Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada  ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan XİN rəhbərinin müavini Araz Əzimov bildirib.   

Araz Əzimov çıxışı zamanı Azərbaycanın Minsk prosesinə sadiq olduğunu vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əngəlləməsi və hazırkı status-kvo regional təhlükəsizliyə mənfi təsir edir və regional layihələrin reallaşdırılmasına mane olur”.     

XİN rəhbərinin müavini Azərbaycanın terrorçuluq, qanunsuz narkotik vasitələrin dövriyyəsi və radikalizm kimi beynəlxalq təhdidlərlə mübarizədə beynəlxalq normalara sadiq qaldığını olduğunu qeyd edib.

“Həmçinin iqtisadi islahatların aparılması və sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir”, deyə Əzimov vurğulayıb. 

Korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın elektron dövlət xidmətləri vasitəsilə əldə etdiyi nailiyyətlərindən söz açan XİN rəhbərinin müavini ölkənin bu təcrübə ilə ATƏT-in digər üzv dövlətləri ilə bölüşməyə hazır olduğunu qeyd edib.     

Nazir müavini Azərbaycanın Almaniyanın ATƏT məkanında iqtisadi mübadilənin yaxşılaşdırılması üçün stimulların yaradılması istiqamətində səylərini dəstəklədiyini bildirib.  

“2016-cı il 25-27 aprel tarixlərində Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının  yeddinci Qlobal Forumu keçiriləcək. Bu ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına  növbəti töhvəsi olacaq. Multikulturalizmin təşviqi — Azərbaycanın dövlət siyasətidir”, deyə Əzimov qeyd edib. 

Əsas mövzular