Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nazir 6 müşavirini işdən çıxardı

© Photo : APAFazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri baş verib, nazirliyin 5 Baş İdarə rəisi dəyişib, nazirin müşavirlərinin sayı 7-yə endirilib

BAKI, 5 fev — Sputnik. Azərbaycan Respublikası Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi baş verib. Belə ki, Vergilər Nazirliyinin 5 Baş İdarə rəisi dəyişib, nazirin müşavirlərinin sayı 7-yə endirilib. Sputnik "APA-Economics"-ə istinadən xəbər verir ki, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev, Müşavər Nəbiyev vergilər nazirinin müşaviri vəzifəsindən azad olunublar. Bundan başqa, Taryel Aydın oğlu Quliyev vergilər nazirinin yeni müşaviri təyin olunub. Bu təyinata qədər T. Quliyev Vergilər Nazirliyi Daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsini icra edib.

Vergilər nazirliyi - Sputnik Azərbaycan
Vergilər Nazirliyində dəyişiklik baş verib

Qeyd edək ki, kadr dəyişikliyinə qədər nazirin 13 müşaviri olub. Hazırda onların sayı 7-yə endirilib. Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi də dəyişib. Belə ki, Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin olunub. Onun yerinə isə Samirə Musayeva təyin edilib. S. Musayeva bunadək Vergilər Nazirliyinin Hüquq Baş idarəsinin rəisi olub. Vergilər Nazirliyi Hüquq baş idarəsi rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə həvalə olunub. Buna qədər Z. Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi olub.

Nazirlikdə kadr dəyişikliyi bununla da yekunlaşmayıb. İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ. Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.

Xəbər lenti
0