12:15 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
SOCAR-ın baş ofisi

"S&P" SOCAR-ın reytinqini aşağı salıb

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
2801

"Standard&Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB"-dək endirib.

BAKI, 4 fev — Sputnik. "Standard&Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB"-dək endirib. "APA-Economics" xəbər verir ki, bu barədə reytinq agentliyinin yaydığı məlumatda bildirilir.

Reytinq üzrə proqnoz "stabil" olaraq qalır.

Agentliyin proqnozuna əsasən neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR-ın borclanması müəyyən qədər artacaq.

Bununla yanaşı, agentliyin analitikləri bildirir ki, SOCAR kapital xərclərini azaltmaqla müsbət yöndə idarəolunan pul axınını həyata keçirə bilər.

Məlumatda həmçinin qeyd edilib ki, hökumət dövlət şirkətinə dəstək verməkdə davam edəcək.

Əsas mövzular