CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda qəbiristanlıq təlaşı: "Kim razı olar ki, atasının qəbrini söksünlər?!"

© Sputnik / Murad OrujovYasamal qəbiristanlığı
Yasamal qəbiristanlığı - Sputnik Azərbaycan
Abunə olmaq
İlahiyyatçı ekspert: "Bahalı mərmərlərdən bər-bəzəkli qəbirlər dini cəhətdən bəyənilməyən işlərdir. Ona görə də qanun qəbulunun müsbət tərəfi o olar ki, insanlar belə şeylərdən çəkinsin"

Paytaxtda qəbiristanlıq təlaşı: "Kim razı olar ki, atasının qəbrini söksünlər?!"
BAKI, 1 fev — Sputnik. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi tərəfindən "Qəbiristanlıqlar haqqında" yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi Milli Məclisin müvafiq komitələrinin, o cümlədən dövlət qurumlarının müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra qanun layihəsinin, təklif edilən düzəlişlər də nəzərə alınmaqla parlamentin plenar iclasına çıxarılması nəzərdə tutulur.

Yeni qanun layihəsində qəbiristanlıqların mühafizəsi, qəbirlər üçün torpaq sahələrinin ayrılması, qəbir daşlarının ölçülərinə nəzarət olunması və s. məsələlərin tam olaraq bələdiyyələrə həvalə olunması nəzərdə tutulur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, qanun layihəsində qəbirlərin ölçüsü, məzarlıqlarla bağlı qaydalar əksini tapıb: "Layihədə təklif edilir ki, qəbir adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm olsun".

"Qəbirlərin ara məsafələri də müəyyənləşdirilib. Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadın, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər", —deyə Komitə sədri bildirib.

İlahiyyatçı Hacı Adil Hüseynov dövlət tərəfindən qanunvericilik səviyyəsində standartların müəyyənləşməsinin tərəfdarıdır. O Sputnik-ə açıqlamasında bildirib ki, bahalı mərmərlərdən bər-bəzəkli qəbirlər dini cəhətdən bəyənilməyən işlərdir, ona görə də qanunun qəbulunun müsbət tərəfi o olar ki, insanlar belə şeylərdən çəkinsinlər.

Hacı Şahin Həsənli - ilahiyyatçı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Din xadimi qonşu ölkələrin müsəlmanlarına çağırış etdi

İlahiyyatçının sözlərinə görə, bu sahədə artıq şəriət vacib bir məsələ kimi qıraqda qalıb: "Adamlar daha çox bəhsə girişiblər. Tutaq ki, İslamda ən vacibi qəbrin qazılması, meyitin dəfn olunması və bir nişanənin qoyulmasıdır ki, bu, filankəsin qəbridir. Vacib olan budur. Bundan sonrakılara bir növ əlavələrdir".

Hacı Adil Hüseynov onu da vurğulayıb ki, müsəlman qəbirlərinin çox hündürə qaldırılmamasını tövsiyyə edən hədis də var: "Bu sahəyə dövlətin müdaxiləsi isə vətəndaşların məsuliyyətini artıracaq".

Sputnik-in əməkdaşı məsələ ilə bağlı "Köhnə Yasamal qəbirstanlığı"na yollanıb. Qəbiristanlıqda çalışanlar bildiriblər ki, bu vaxta kimi baş daşlarının qoyulması vətəndaşların öz ixtiyarında olub. Vidadi adlı şəxs deyir ki, yeni qanun lahiyəsinin köhnə qəbirlərə heç bir aidiyyatı olmamalıdır: "Bu qanun əsasən yeni qəbirstanlıqlara aiddir. Burada elə qəbir daşları var ki, onun qiyməti 5-10 min manatdır. Bu, kifayət qədər maliyyə tələb edir".

"Ona görə düşünmürəm ki, indiki vəziyyətdə belə bir addım atılsın. Camaat əziyyət çəkib valideynlərinə qəbir daşı qoyub, kim razı olar ki, onun atasının qəbrini söksünlər?!", —deyir Vidadi.

İşçilər, onsuz da onların çalışdığı qəbirstanlıqda boş yer qalmadığını deyirlər. Onların sözlərinə görə, bütün yerlər çoxdan satılıb. "Gözə dəyən boş yerlər isə ayrı-ayrı ailələrin ixtiyarındadır", —deyirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmaylovun fikrincə, qanun layihəsinin qəbulundan sonra bu sahə kifayət qədər tənzimlənəcək. O, Sputnik-ə açıqlamasında bildirib ki, DQİDK dəfələrlə bu sahənin tənzimlənməsinə ciddi ehtiyac olduğunu bəyan edib.

Милли Меджлис - Sputnik Azərbaycan
"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun I oxunuşdan keçib

"Biz dəfələrlə bu istiqamədə mövqeyimizi bildirmişik və təşəbbüs irəli sürmüşük. Milli Məclis tərəfindən belə bir qanunun hazırlanması tədqirəlayiqdir. Güman edirəm ki, bu qanun layihəsinin qəbulundan sonra bu sahə kifayət qədər tənzimlənəcək və bu sahədəki problemlər həllini tapacaq", —deyə G. İsmayılov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl yas mərasimlərində ehsan verilməsinin də vahid standartlarının müəyyənləşməsi təklif olunurdu. Ölkə mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə baxmayaraq, problem qanunvericilik səviyyəsinə qalxa bilmədi.

Xəbər lenti
0