16:17 25 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Bodrum şəhərində villalar. Arxiv şəkli

Adı 20 milyonluq villalarda hallanan məmur danışdı: "Məni başa düşün. Çox gərginəm"

© Flickr/ Kin Mun Lee
AZƏRBAYCAN
Qısa URL
19511

Qiymət Mehdiyev: Kimlərsə mənə qarşı kampaniya aparır.

BAKI, 25 yan-Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlarla bağlı yazılı açıqlama verib. Onun anspress-ə göndərdiyi açıqlamada deyilir: "Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı.

Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.

Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında)dəyərindədir.

Eyni zamanda qeyd etməliyəm ki, müxtəlif mətbuat orqanlarında "ətraflı araşdırmanın nəticəsi" kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yanlış təsəvvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir".

Qiymət Mehdiyev həmçinin qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılıb.

Qiymət Mehdiyev kimlərinsə ona qarşı kampaniya apardığını deyib.

SOCAR rəsmisi lent.az-a verdiyi açıqlamada son hadisələrin onun ailəsində və özündə gərgin psixoloji vəziyyət yaratdığını qeyd edib: "Məni başa düşün. Çox gərginəm, geniş danışa, çoxsaylı suallarınıza cavab verə bilmirəm".

Məlumat üçün bildirək ki, haqqın.az saytının yazdığına görə, Q.Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K.Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K.Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiya K.Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolara da malik olduğunu qeyd edib.

Yazıda eyni zamanda Q.Mehdiyevi şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun himayə etdiyi vurğulanıb.

Əlaqədar

SOCAR 20 milyonluq villa söhbətinə aydınlıq gətirdi
Teqlər:
Mehdiyeva Könül Fərhad qızı, Bodrum, Qiymət Mehdiyev, Azərbaycan Dövlət Neft Şirkəti, Türkiyə

Əsas mövzular