05:40 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Pul

Şura 337 min AZN vəsaiti dövlət büdcəsinə qaytardı

report.az
AZƏRBAYCAN
Qısa URL
8811

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci il ərzində elan etdiyi maliyyə yardımı müsabiqələrində yerli QHT-lərin 513 layihəsinə 4 milyon 750 min 644 manat, 7 xarici quruma isə 504 min 670 manat vəsait ayırıb.

BAKI, 19 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci il ərzində elan etdiyi maliyyə yardımı müsabiqələrində yerli QHT-lərin 513 layihəsinə 4 milyon 750 min 644 manat, 7 xarici quruma isə 504 min 670 manat vəsait ayırıb.

Sputnik-in məlumatına görə, bunu Şuranın 2015-ci ildəki fəaliyyəti haqqında hesabat konfransında Şura sədri Azay Quliyev bildirib. 

A. Quliyev deyib ki, reallaşdırılan layihələr üzrə 847 nəfər əməkhaqqı alıb.  O qeyd edib ki, QHT-lərin fəaliyyətində bir sıra qüsurlar da qeydə alınıb: “Müqavilə öhdəliklərinə əməl etməmiş 172 QHT-dən 58 min manat tutulub, 6 təşkilata isə qrantın ikinci tranşının ödənilməsindən imtina edilib. Bütövlükdə Şura qənaət edilmiş 337 min 431 min manat vəsaitin ilin sonunda dövlət büdcəsinə qaytarılması barədə qərar qəbul edib”.

Əsas mövzular