06:56 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Kitab yarmarkası

2015-ci ildə ən çox Çingiz Abdullayev və Elxan Elatlının kitabları satılıb

© Sputnik / Кирилл Каллиников
AZƏRBAYCAN
Qısa URL
8501

Azərbaycanlı oxucular əcnəbi yazarlardan ən çox Oşo, Mumin Sekman, Mark Levi, Den Braun və Fyodor Dostoyevskinin kitablarına maraq göstəriblər.

BAKI, 15 yan-Sputnik. Sosial şəbəkədə yayılmış məlumatlara görə, 2015-ci ildə Gürcüstanda 8.5 milyon kitab satılıb. Bu, kiçik bir ölkə üçün kifayət qədər böyük rəqəm sayıla bilər. Bəs 9 milyondan çox əhalisi olan Azərbaycanda necə, 2015-ci ildə təxminən nə qədər kitab satılıb? Azərbaycan xalqı hansı kitablara maraq göstərib?

İl ərzində Bakı şəhərinin müxtəlif yerlərində dəfələrlə kitab yarmarkası təşkil edən "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Sputnik-ə bildirib ki, keçən il "Qanun" nəşriyyatı 100 min kitab satıb.

"Bu il liderliyi Çingiz Abdullayev qoruyub. Yenə də onun kitabları daha çox satılan kitablar arasında birincidir." — deyən Xuduoğlu xarici yazarlardan ən çox Oşonun, Mumin Sekmanın və Mark Levinin kitablarının satıldığını bildirib.

Kitabevim.az saytının əməkdaşı Taryel Əliyev isə bildirib ki, 2015-ci ildə ən çox satılan kitablar arasında Azərbaycan yazarlarından Elxan Elatlının kitabları birinci yerdədir. Xarici yazarlardan isə Den Braun və Fyodor Dostoyevskinin kitabları ən çox satılanlar arasındadır.

Əlaqədar

Azərbaycanın vəzifəli şəxsləri kitab oxumur
Azərbaycanda 3000 adama 1 kitab düşür
Kitabxanadan açıqlama: Rusdillilər daha çox kitab alır

Əsas mövzular