01:17 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Продукты в магазине

"Sahibkarlığın inkişafına inhisarçı oliqarxlar mane olur"

CC0 / MarcoPomella / marlet
AZƏRBAYCAN
Qısa URL
10521

Rauf Əliyev: "Hazırda əsas diqqəti daxili istehsala yönəltmək, dollarla idxal edilən məhsullardan asılılığı azaltmaq problemdən əsas çıxış yoludur."

BAKI, 14 yan-Sputnik. Hazırkı vəziyyətdə böhrandan çıxmağın yeganə yolu, sahibkarlığın inkişafına dəstək verməkdir.

Sputnik-in məlumatına görə, bunu Azərbaycanın Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Dövlət orqanları və sahibkarlarla iş şöbəsinin baş mütəxəssisi Rauf Əliyev deyib.

  

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iştirakı ilə "İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu" mövzusunda keçirilən Dəyirmi Masada Rauf Əliyev bildirib ki, sahibkarlığın inkişafı üçün təcili tədbirlər planı işlənib hazırlanmalıdır. Ölkədə qiymətlərin süni surətdə qaldırılmasına toxunan mütəxəssis deyib ki, problemin kökünü kiçik və orta sahibkarlarda deyil, monopoliyalarda və oliqarxiyada axtarmaq lazımdır.

Mütəxəssisin fikrincə, dükanlardan malların yığışdırılması, süni defisitin yaradılması monopolist oliqarxiyanın hökumətə təzyiqləri ilə bağlıdır. "Anbarlar istehlak malları ilə doludur. İş adamları onları üzə çıxarmır, çünki hamısı sənədsizdir. Onlar ölkəyə daxil olduqdan sonra qeydiyyata alınmayıblar. Məqsəd də aydındır ki, həmin mallardan gələn gəlirlərin gizlədilməsi olub" — deyə Əliyev bildirib.

Onun fikrincə, hazırda əsas diqqəti daxili istehsala yönəltmək, dollarla idxal edilən məhsullardan asılılığı azaltmaq problemdən əsas çıxış yoludur. Rusiya 1 il ərzində daxili istehsalın hesabına idxal mallarından asılılığı 40% azalda bilib. Əgər Azərbaycan bu yoldan effektiv istifadə edə bilsə, mən əminəm ki, idxal məhsullarından asılılığı 60%-ə qədər azalda bilər.

Əlaqədar

Azərbaycan müxalifətinin anti-böhran təklifləri
Azərbaycanın böhran büdcəsində nələr olacaq?
İlham Əliyev: Böhran hələ də davam edir
Ekspert: Dünyada iqtisadi böhran yoxdur və gözlənilmir
Hökumət vəziyyətdən çıxmaq üçün yollar axtarır
Teqlər:
inhisar, Rauf Əliyev, Dövlət orqanları və sahibkarlarla iş şöbəsi, Azərbaycanın Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, monopoliya, böhran, Rusiya, oliqarx, Azərbaycan

Əsas mövzular