Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bu möcüzə baş verərsə...

CC0 / jill111 / happyXoşbəxt ölkə
Xoşbəxt ölkə - Sputnik Azərbaycan
Abunə olmaq
Hollandiya ət və süd məhsullarının ixracına görə dünyanın lider ölkələrindən biridir. Bəs, biomüxtəlifliyin, torpaq ehtiyyatlarının məhdud, təbii şərtlərin çətin olduğu bir ölkə, bu cür iqtisadi gücə necə nail olub?

BAKI, 14 yan — Sputnik. Hollandiya ABŞ-dan sonra dünyanın ən böyük ikinci kənd təsərrüfatı məhsulları ixracatçısıdır. Bəs, biomüxtəlifliyin Avropada ən az olduğu ölkə olan Hollandiya qıt mənbə və çətin şərtlərə baxmayaraq, kənd təsərrüfatında necə belə bir iqtisadi gücə və həcmə çatıb?

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidAmsterdam
Amsterdam - Sputnik Azərbaycan
Amsterdam

Hollandiya, bəzək bitkiləri və tərəvəz məhsulları ixracında dünya lideri, ət ixracında dünya dördüncüsü, süd və süd məhsullarında dünya üçüncüsü, maye və qatı yağ ixracında isə dünya dördüncüsüdür. Bu müvəffəqiyyət təsadüfən əldə edilməyib. Uğurun əldə edilməsində texnologiya, kooperativləşmə, araşdırma-inkişaf etdirmə, marketinq strategiyaları və təbii ki, uzunmüddətli, davamlı aqrar siyasətləri əsas rol oynayıb.

Hollandiyada əhali sıx məskunlaşıb. Bu ölkədə adambaşına düşən torpaq sahəsi olduqca məhduddur. Niderlandın torpaqlarının yarısı dəniz səviyyəsindən ən azı bir metr aşağıda yerləşir. Hollandiyalıların su ilə müharibəsi uzun bir tarixə malikdir. Ölkənin az qala 60%-i suyla mübarizə nəticəsində qazanılan torpaqlardan ibarətdir. Yəni, dəniz səviyyəsindən aşağıda olan ərazilərin doldurulması ilə əldə edilib.

Holland möcüzəsi necə baş verdi?

Hollandiyada südlük istiqamətli inəklər necə bəslənir, saxlanılır? Və hansı sistemli işin nəticəsində bu sahədə Hollandiya dünyanın ən öndə gedən 3 ölkəsindən birinə çevrilib? Bununla əlaqədar Sputnik əməkdaşi kiçik bir araşdırma aparıb.

Amsderdamda fermer Yakob Yan Rokerin (Jacob Jan Rokker) heyvan təsərrüfatı var. Buranın ərazisi 120 hektardır. Fermer 60 ildir burada ailəsi ilə birlikdə çalışdığını deyir. "150 baş sağmal inəyim var. 100 baş da gənc heyvanım var", — Çiftçi TV-yə danışan Roker deyir.

© YoutubeYakob Yan Roker (Jacob Jan Rokker)
Yakob Yan Roker (Jacob Jan Rokker) - Sputnik Azərbaycan
Yakob Yan Roker (Jacob Jan Rokker)

Onun sözlərinə görə, gündəlik işlərdə ən önəmli nöqtə heyvanların bəslənməsi, qorunmasıdır: "İnəklər örüşə elektrik hasarları çəkilmiş yol ilə gedirlər. Bu da yoldan ayrılmadan birbaşa örüşə getmələrinə şərait yaradır. Heyvanlar elektrik hasarlarına toxunsalar belə, onlar üçün təhlükə yoxdur. Heyvanlar yaz aylarında otlaqlara gedirlər. Otlaqlarda olduqları üçün bu aylarda əldə edilən süd qışda əldə edilən süddən daha ləzəttli olur".

İnsanlar yaz aylarında əldə edilən süd və pendiri daha çox tələb edirlər. İnəklərin otlaqlara çıxarılması çox faydalıdır. Hollandiyada heyvan saxlayanların 90 faizindən çoxu inəkləri otlaqlara aparır. Havanın vəziyyətindən asılı olaraq aprelin 15-dən heyvanlar otlaqlara çıxarılır. Sentyabrın sonu oktyabrın əvvələrində heyvanlar axırlara gətirilir. Aprel ayında heyvanlar sadəcə gündüzlər otlaqlara çıxarılır, gecələri axırlarda qalırlar. May, iyun, iyul, avqust aylarında bütün günü otlaqlarda olurlar.

Baytarın 1 saatlıq xidməti 150 avrodur

İnəklərə, əsasən tərkibində proteini çox olan yem və qarğıdalı verilir. Yaz və qış aylarında inəklərdən gündə orta hesabla 30-33 litrədək süd alınır. Süd verimi aylara görə dəyişmir. Aprel ayında qarğıdalı əkilir. Son baharda qarğıdalıdan silos yemi hazırlanır. Günlük verilən miqdar 15-20 kiloqramdır. Digər yemlər də verilir. Heyvanlar süni mayalanma yolu ilə artırlar. Baytar həkim təsərrüfatlara baş çəkir, heyvanların boğaz olub-olmadığını yoxlayır. Baytar həkimin 1 saatlıq xidməti 150 avrodur.

© FlickrHollandiyada maldarlıq
Hollandiyada maldarlıq - Sputnik Azərbaycan
Hollandiyada maldarlıq

"Heyvanların su ilə təminatı da çox vacib məsələdir. İnəklər 45 saniyə içərisində 15 litr su içməlidir. Yox əgər az az su içərsə, az su az süd deməkdir. Təsərrüfatda su sistemi qurulub. Borularda su davamlı hərəkət edir, təmizlənir. Qışda donmamaq üçün bu hazırlanıb", —deyir Yakob Roker.

Gənc heyvanların (9 aylıq) dəyişik bir qida rasionuna ehtiyacı var. Daha çox proteinə ehtiyacları var. Az şəkildə qarğıdalıdan hazırlanmış silos verilir. Çünki, silosun tərkibində protein az, nişasta çoxluq təşkil edir. Əsasən tərkibində protein olan yemlər verilir. Həmçinin, bol şəkildə buğda sapı da verilir. Heyvanların yağlanmaması üçün bu, önəmlidir. İlk 3 ayda buzovların bəslənməsinə çox diqqət edilir və ən çox pul bu dövrdə xərclənir. Bunu etməzlərsə, gələcəkdə süd verimli inəklər əldə edə bilməyəcəklər.

Azərbaycanda bu sahənin vəziyyəti

Bəs, Azərbaycanda bu sahənin inkişaf səviyyəsi nə yerdədir? Durumu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Sputnik-ə şərh edir: "Hər hansı bir dövlətin təcrübəsindən bəhrələnmək, onun texnologiyasından istifadə edib nəyəsə nail olmaq qeyri-mümkündür. Burada söhbət yalnız texnologiyadan getmir. Son dövrlər Avropa ölkələrindən Azərbaycana 10 min başdan çox cins mal-qara gətirilib. Həmin heyvanlardan kifayət qədər çoxlu sayda bala alınıb. Amma ölkənin süd istehsalında azalmanın olduğunu müşahidə edirik. Bu da onunla bağlıdır ki, bu istiqamətdə işlər görülməyib".

Mütəxəssisin dediyinə görə, burada təşkilati məsələlər öz həllini tapmalıdır: "Hansı bölgələrdə heyvandarlığın inkişafına fikir vermək lazımdır, bu məsələ ciddi araşdırılmalıdır. Yem potensialı nəzərə alınmalıdır ki, hansı bölgədə biz yem istehsalını artıra bilərik. Topaqlar özəldir. Hökumət bu istiqamətdə addımlar atmalıdır ki, heyvandarlığın, südçülüyün inkişafında fermerlər maraqlı olsun".

© Sputnik / Anar MustafayevVahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert - Sputnik Azərbaycan
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert

Ekpsert bildirib ki, Azərbaycanın resurs imkanları, torpaq-iqlim şəraiti imkan verir ki, ölkəmiz özünün ətə, südə, ərzaq buğdasına, meyvə-tərəvəzə olan ehtiyacını tamamilə öz daxili istehsal hesabına ödəsin: "Hətta imkanımız var ki, xaricə mal ixrac edib, gəlir əldə edək. Ancaq bütün bunları təşkil etmək lazımdır. Ölkə daxilində çalışmaq lazımdır ki, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün damazlıq işləri yüksək səviyyədə qurulsun. Yem zavodunun inşa edilməsi, keyfiyyətli yem istehsal olunması, yem istehsalı ilə məşğul olan fermerlərin müəyyən edilməsi, həvəsləndirici tədbirlər həyata keçirilməlidir. Strategiya hazırlanmalıdır. Ümumiyyətlə bu sahə ilə bağlı bir model hazırlanmalıdır".

"Süd tələbatımızın sadəcə yarısını özümüz ödəyə bilirik"

V. Məhərrəmovun fikrincə, əgər Hollandiya təcrübəsini digər ölkələrdə tətbiq etmək olardısa, indi dünya süd gölündə üzərdi: "Fermerlərin maarifləndirilməsi, onların bilgilərinin artırılması, mütəxəssislərin yetişdirilməsi, elmi potensialın artırılması lazımdır ki, müəyyən nəticə əldə edək".

Ekspert bildirib ki, Azərbaycanda südə olan illik tələbat 3.2 milyon tondur: "Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda 1,7 milyon ton, yəni tələbatın təxminən yarısı qədər süd istehsal edilir. Təxminən 700 min tonu da idxal edirik. Ancaq bu, bizim tələbatımız qədər olmadığı üçün daxildə süd və süd məhsullarının qiyməti digər ölkələr ilə müqayisədə çox yüksəkdir".

İnək - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ölkəmiz Türkiyədən heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırır

Heyvandarlığın yem bazasının inkişaf etdirilməsinə gəlincə, mütəxəssis bunun üçün bitkiçiliyi inkişaf etdirməyi vacib sayır: "Dənli bitkilərin istehsalını artırmaq lazımdır. Keyfiyyətli məhsul istehsal etmək lazımdır. Dənli bitkilərin məhsuldarlığını, keyfiyyətini, ot bitkilərinin istehsalını artırmaq lazımdır. Heyvandarlıqda çuğundur istehsalı ilə məşğul olunmur, şirəli yem istehsalına çox ciddi ehtiyac var. Silos istehsalı ilə ciddi məşğul olunmur. Heyvanın bir funksiyası var. O, yemi məhsula çevirir. Əgər yem vermirsənsə, ondan nə süd gözləmək olar? Bitkiçiliyi inkişaf etdirmədən heyvandarlığı inkişaf etdirmək mümkün deyil".

Nazirlik nikbindir: "İnkişaf gedir"

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda əsas diqqət südlük istiqamətli maldarlığın inkişaf etdirilməsinə yönəldilib: "Çünki, südlük maldarlıq maldarlığın elə sahəsidir ki, onunla paralel ətlik maldarlıq da inkişaf edir. Bunun üçün götürülmüş istiqamət ondan ibarətdir ki, ixtisaslaşmış böyük təsərrüfatlar yaradılır. Məsələn, Qəbələdə, Ağcabədidə, Bərdədə belə böyük təsərrüfatlar var. Həm də ailə təsərrüfatı formasında kiçik həcmli 5-10 hektar pay torpağına malik ailələrin kiçik ailə təsərrüfatı formasında da südlük maldarlıq inkişaf etdirilir".

Hollandiya təcrübəsinə gəldikdə, nazirlik rəsmisi, Azərbaycanın zatən mütərəqqi beynəlxalq təcrübələrdən faydalandığını deyib: "Düzdür, Hollandiyada da belə təcrübələr var. Sırf Hollandiyanın nümunəsi əsasında bizdə hələ 10 il bundan əvvəldən Şəki rayonunda təsərrüfat yaradılıb. Biz kifayət qədər ondan yararlanırıq. Bundan başqa, eyni zamanda süni mayalanma şəbəkəsi respublikada genişlənir. Süni Mayalama Mərkəzi tikilməkdədir. Yaxın vaxtlarda istifadəyə veriləcək. Həm də heyvandarlıqda süni mayalanma işinin aparılması hesabına cins tərkibin yaxşılaşdırılması və məhsuldarlığın artırılması diqqət mərkəzindədir".

Qalib Əbdüləliyev - Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri
Qalib Əbdüləliyev - Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri - Sputnik Azərbaycan
Qalib Əbdüləliyev - Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri

Şöbə müdiri əlavə edib ki, heyvandarlığın yem təminatında xüsusən bir problem — sənaye üsulu ilə qarışıq yemlərin istehsalı hələ də öz həllini tapmayıb: "Ancaq bu istiqamətdə işlər görülür. Eyni zamanda, yem bitkilərinin əkin sahəsi də genişləndirilir. Artan dinamika ilə bu da inkişaf edir. Bundan başqa, həm də müxtəlif cür yemlərin istehsalı, emalı sahəsində tərəqqi var. Texniki təminat məsələsi demək olar ki, həllini tapıb. Təbii ki, bu problemlərin hamısının həlli üçün müəyyən qədər vaxt lazımdır".

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-noyabr aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1777,0 min ton (4,2 faiz çox) süd istehsal olunub.

Xəbər lenti
0