20:03 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
AZƏRBAYCAN
Qısa URL
2101

Azərbaycanda yanvarın ilk günlərində qarın yağmasından sonra bəzi bölgələrdəki sürüşmə sahələrində aktivləşmə müşahidə edilir.

BAKI, 11 yan — Sputnik. Azərbaycanda yanvarın ilk günlərində qarın yağmasından sonra bəzi bölgələrdəki sürüşmə sahələrində aktivləşmə müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Trend-ə bildirib ki, Gədəbəy rayonunda köhnə sürüşmə sahələri aktivləşib. Rayonun Pirdağ ətəyi adlanan ərazisindəki və rayonun Arıqıran kəndindəki bir neçə evdə kiçik çatlar əmələ gəlib: “Bunlar qədim sürüşmə sahələridir. Burada bir neçə il əvvəl müəyyən işlər aparmışıq, indi bu ərazidə də müəyyən qədər aktivləşmə müşahidə edilir”.

Piriyev qeyd edib ki, həmin evlərdə çatların əmələ gəlməsində atmosfer yağıntıları ilə yanaşı, texnogen amillər də rol oynayıb.

Baş geoloqun sözlərinə görə, son günlər Bakı-Şamaxı yolunun 106, 111-ci km-lərində, Bakı-Ağsu yolunun 132, 135-ci km-lərində (Ağsu aşırımı), İsmayıllı rayonunun Xankəndi kəndində, Lənkəran rayonunda, Bakının Zığ qəsəbəsindəki sürüşmə sahələrində müəyyən qədər aktivləşmə müşahidə edilib.

Əsas mövzular