Azərbaycanlı adını Ginnesin Rekordlar Kitabına yazdırdı

© AP Photo / Ben HiderUzeyir Novruzov
Uzeyir Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı Çarli Çaplin Çinin paytaxtı Pekində yeni rekorda imza atıb.

BAKI, 9 yan — Sputnik. ABŞ-da keçirilən “America's Got Talent” şousuna qatılmaqla qısa müddətə məşhurlaşan azərbaycanlı Üzeyir Novruzov yeni rekorda imza atıb.

Sputnik  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çinin paytaxtı Pekində keçirilən mərasimdə həmyerlimiz dünya rekordunu təzələyib. Belə ki, Üzeyir Novruzov 6 metrlik nərdivanın üzərində fasiləsiz 7 dəqiqə 50 saniyə dayanaraq Ginnesin Rekordlar Kitabına adını yazdıra bilib. 

Qeyd edək ki, America's Got Talent şousuna qatılaraq məşhurlaşan Üzeyir Novruzov finala kimi gəlib. Zədələri olduğundan finalda yüksək performans göstərə bilməyib.  Həmyerlimiz görünüş və performansı zamanı əfsanəvi Çarli Çaplinə bənzədiyindən “Çarlı Çaplin” kimi tanınır.

Xəbər lenti
0