Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı

© apa.azMüdafiə Nazirliyi
Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Silahlı Qüvvələrə Yardım Fonduna 1 yanvar 2016-cı il tarixədək 69.847.993,83 AZN, 211.791,88 ABŞ dolları və 1793,69 avro vəsait daxil olub.

BAKI, 5 yan — Sputnik. Yanvarın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 yanvar 2016-cı il tarixədək 69.847.993,83 AZN, 211.791,88 ABŞ dolları və 1793,69 avro vəsait daxil olub.

Xəbər lenti
0