Sputnik dünya azərbaycanlılarını bayram münasibətilə təbrik edir

планета Земля
планета Земля - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan beynəlxalq informasiya agentliyi və radiosunun redaksiyası soydaşlarımızı Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edir.

Yola salmaqda olduğumuz ili mürəkkəb olaraq xarakterizə etmək olar. Sputnik Azərbaycan redaksiyasının bütün kollektivinin adından dünyadakı soydaşlarımıza bütün çətinliklərin bu ildə qalmasını, həmçinin qarşıdakı 366 gündə zəngin müsbət emosiyalar və nəticələr arzulayırıq. Ata və analarımıza möhkəm cansağlığı diləyirik, Tanrı onları üzərimizdən əskik etməsin. Qoy öz öyüd-nəsihətləri ilə gəncləri yeni uğurlara ruhlandırsınlar. Gənclərimizə və uşaqlara firavan bir gələcək, uğurlarla dolu həyat diləyirik.  

Sputnik Azərbaycan bütün dünya azərbaycanlılarına birlik və həmrəylik arzulayır. Qoy heç kəs nəinki soydaşlarmızın, həmçinin sevimli ölkəmizin hüquqlarını tapdalamağa cürət etməsin.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların sayı - Sputnik Azərbaycan
İNFOQRAFİKA
50 milyon azərbaycanlı dünyanın hansı ölkələrində yaşayır

Qoy yeni il hər birimizə və ümumilikdə Azərbaycana əmin-amanlıq və çiçəklənmə gətirsin. 

Biz isə yenə də deyilməyənləri deməyə davam edəcəyik ki, hər bir azərbaycanlı pisi yaxşıdan, düzü yalandan, real imkanları boş vədlərdən ayıra bilsin və hazırda sürətlə dəyişən dünyada özünü itirməsin.

Bayramınız mübarək, əziz azərbaycanlılar!

Xəbər lenti
0