CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vasif Talıbovdan qeyri-adi humanitar addım

© Photo : AZƏRTACVasif Talıbov
Vasif Talıbov - Sputnik Azərbaycan
Abunə olmaq
Muxtar Respublika Ali Məclisi sədrinin tövsiyəsinə əsasən, Naxçıvan sakinləri kredit borclarını dolların köhnə kursu ilə ödəyəcəklər.

BAKI, 25 dek-Sputnik. Naxçıvan Muxtar Respublikası (NMR)Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvanbank" ASC-yə ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək 1 dolları 1.05 manat ekvivalentində konvertasiya etməyi tövsiyə edib.

Sputnik Strateq-ə istinadla xəbər verir ki, bu gün NMR Ali Məclisinin sədri yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.

Kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb. Bu məsələ ilə bağlı Ali Məclis sədri tövsiyyə edib ki, "Naxçıvanbank" ASC ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dolları 1.05 manat ekvivalentində konvertasiya etsin.

NMR-da əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə maliyyə xidmətinin göstərilməsi məqsədi ilə yaradılmış 2008-ci ildən fəaliyyət göstərən "Naxçıvanbank" ASC Azərbaycan Respublikasının ikinci regional bankıdır.

"Naxçıvanbank" ASC 29 aprel 2008-ci il tarixində Vergilər Nazirliyində qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən fiziki və hüquqi şəxslərə universal bank xidmətləri göstərmək hüququna malikdir.

"Naxçıvanbank" ASC 10 Oktyabr 2008-ci il tarixində bağlanmış müqavilə ilə Bakı Banklararası Valyuta Birjasında (BBVB) fəaliyyət göstərən Birja Elektron Ticarət Sisteminin (BEST) informasiya terminalına qoşulan ilk regional bank olmuşdur.

"Naxçıvanbank" ASC eyni zamanda 29 avqust 2008-ci il tarixli şəhadətnamə ilə Əmanətlərin sığortalanması fonduna üzv qəbul edilmişdir. Bu səbəbdən müştərilərin bankda yerləşdirilmiş əmanətləri sığortalanan əmanətlər hesab olunur və Fondun qaydalarına uyğun olaraq sığortalanır.

Xəbər lenti
0