CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycanın səsi" yarışmasının qalibi intihar edib

© qafqazinfo.azElvin Ordubadlı - Elvin Quliyev
Elvin Ordubadlı - Elvin Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda 26 yaşlı müğənni özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.

BAKI, 25 dek-Sputnik. Bakıda 26 yaşlı müğənni intihar edib. 

Sputnik-in xəbərinə görə, bu barədə Sabunçu rayon Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, intihar hadisəsi Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Elvin Ordubadlı kimi tanınan Elvin Quliyev müğənnilik fəaliyyəti ilə məşğul olub. O, ATV-də yayınlanan "Azərbaycanın səsi" yarışmasının qalibi olub.

Xəbər lenti
0