Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə gözəl sözlər

© Photo : Pool Photo via APİlham Əliyev Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: Azərbaycanın Qafqaz regionunun yüksələn ulduzuna çevrilməsini böyük məmnuniyyətlə izləyirəm.

BAKI, 24 dek-Sputnik. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Sputnik prezident.az saytına istinadən xəbər verir ki, Ərdoğan məktubunda Azərbaycan prezidentinə xoş arzularını ifadə edib.

Məktubda deyilir: "Cənab Prezident, əziz qardaşım, ad gününüzü millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizin rəhbərliyiniz ilə Azərbaycan gələcəyə inamla baxan güclü və rifah içində yaşayan ölkə olmaq yolunda sürətlə irəliləyir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqaz regionunun yüksələn ulduzuna çevrilməsini böyük məmnuniyyətlə izləyirəm. Bu prosesdə öz gücünü xalqlarımız arasındakı tarixi qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz baxımından misilsiz sabitlik amilinə çevrilib. Bu xoş fürsətdən istifadə edərək Zati-aliləri, əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının davam etməsi üçün səmimi diləklərimi ifadə edirəm".

Xəbər lenti
0