CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev gözdən əlillər üçün yeni binanın açılışında iştirak edib

© AzərtacAzərbaycan prezidenti İlham Əliyev. Arxiv şəkli
Azərbaycan prezidenti İlham Əliyev. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışı olub. Açılışda dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

BAKI, 24 dek — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər.

Sputnik-in məlumatına görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib. O qeyd edib ki, 12 mərtəbəli binada 132 mənzil var. Mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev binanın bir qrup sakini ilə görüşüb.

Sonra dövlət başçısı mənzillərin orderlərini sakinlərə təqdim edib.

Dövlət başçısı və xanımı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışında da iştirak ediblər.
Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış olublar.

Xəbər lenti
0