22:16 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
ABŞ səfiri Robert Sekuta və QMİ sədri Allahşükür Paşazadə

Görün Allahşükür Paşazadə ABŞ səfirinə nə dedi

Azərtac
AZƏRBAYCAN
Qısa URL
Amerikaya Azərbaycanın cavabı (8)
210611

Qafqaz Müsəlmanlarının lideri Kris Smitin Konqresə təqdim etdiyi sənədlə bağlı səfirə etirazını bildirib.

BAKI, 23 dek-Sputnik. Kris Smitin ABŞ Konqresinə təqdim etdiyi, Azərbaycanda dini vəziyyətlə bağlı həqiqətə uyğun olmayan məqamların əksini tapdığı qanun layihəsi qəbul edilməzdir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə belə deyib.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, Paşazadə görüşdə səfiri və bütün Amerika xalqını qarşıdan gələn Milad bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib. QMİ-nin sədri Azərbaycanda mövcud tolerantlıq mühiti, dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər, habelə dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə səfirə məlumat verib. Deyib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bu sahədə görülən işlər yüksək qiymətləndirilir.

Paşazadə Heydər Əliyevin müstəqil Azərbaycanda dini dəyərlərə ehtiramlı münasibətin, tolerantlığın dövlət səviyyəsində həyata keçirilməsinin əsasını qoyduğunu vurğulayıb. O, dövlət başçısı İlham Əliyev tərəfindən dini-mənəvi dəyərlərə qayğı və diqqətin davam etdirilməsindən, multikultural dəyərlərimizin dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin önəmindən danışıb.

Səfir Robert Sekuta isə fəaliyyət müddəti ərzində Azərbaycanda müşahidə etdiyi dinlərarası və məzhəblərarası səmimi münasibətlərdən, ölkəsində olduğu kimi, Azərbaycanda da tolerantlıq mühitinin mövcudluğundan məmnunluğunu vurğulayıb. O bildirib ki, səfir olaraq öz vəzifəsini Azərbaycanla ABŞ arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi istiqamətində səy göstərməkdə görür.

Səfirin Azərbaycandakı tolerantlıq haqqında söylədiyi fikirləri yüksək dəyərləndirdiyini bildirən QMİ sədri konqresmen Kris Smitin bu yaxınlarda ABŞ Konqresinə təqdim etdiyi, Azərbaycanda dini vəziyyətlə bağlı həqiqətəuyğun olmayan məqamların əksini tapdığı qanun layihəsinin qəbuledilməz olduğunu bildirib. Şeyxülislam Azərbaycan dindarlarının mövqeyini ifadə edərək, belə bir qeyri-obyektiv sənəd layihəsinin meydana gəlməsinin ikitərəfli münasibətlərə xələl gətirə biləcəyini diqqətə çatdırıb.

Səfir də öz növbəsində ABŞ-da bu cür qanun layihələrinin gündəmə gəlməsi və qəbulu mexanizmi barədə Şeyxülislama məlumat verib.

Mövzu:
Amerikaya Azərbaycanın cavabı (8)

Əlaqədar

Smitin hazırladığı sənəd erməni lobbisinin başının altından çıxıb
Azərbaycan ABŞ siyasi elitasını ölkəyə buraxmaya bilər
ABŞ-ın Azərbaycan planı
ABŞ Azərbaycanı diz çökdürmək istəyir

Əsas mövzular