07:52 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
34801

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

BAKI, 22 dek-Sputnik. Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik-in məlumatına görə, Əfqanıstan prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Məhəmməd Əşrəf Qani səfər çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev və digər rəsmi şəxslərlə görüşəcək.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani sonuncu dəfə Azərbaycana 2014-cü ilin sonunda işgüzar səfərə gəlmişdi.

Teqlər:
rəsmi səfər, prezident, İlham Əliyev, Əfqanıstan, baş nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Beynəlxalq Aeroportu, Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani

Əsas mövzular