Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət Neft Fondu qənaət rejiminə keçməyəcək

© Sputnik / Mikhail Kutuzov / Mediabanka keçidдоллар
доллар - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ildə isə xərc maddələri üzrə qənaətin olacağı proqnozlaşdırılır.

BAKI, 21 dek-Sputnik. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) öz büdcəsində qənaət etməyəcək. ARDNF-dən verilən məlumata görə, 21 dekabra qədər ARDNF-in büdcəsində nəzərdə tutulan xərc maddələri, o cümlədən, dövlət büdcəsinə transfertlə bağlı xərclər bütünlüklə icra edildiyindən, manatın ABŞ dolları və avroya qarşı devalvasiyasından sonra hər hansı qənaətin yaranması proqnozlaşdırılmır.

"Azərbaycan Dövlət Neft Fondunun 2015-ci ilin büdcəsinin icrası çərçivəsində cari ilin 9 ayında 5,65 milyard manat, oktyabrda 750 milyon manat, noyabrda 750 milyon manat, dekabrda isə 980 milyon manat dövlət büdcəsinə transfert edilmişdir. Beləliklə, 2015-ci il üzrə dövlət büdcəsinə transfert 8 130 milyon manat təşkil etməklə, 2015-ci ildə bu xərc maddəsinin icrası başa çatıb", — deyə açıqlamada qeyd edilib.

ARDNF dekabrın 21-də Azərbaycanda manatın ABŞ dolları və avro qarşısında 48%-lik devalvasiyası səbəbindən 2016-cı ildə xərc maddələri üzrə qənaətin olacağını proqnozlaşdırır: "Fondun Müşahidə Şurasının qərarına əsasən təsdiq edilmək üçün Azərbaycan prezidentinə təqdim edilmiş fondun büdcə layihəsində 2016-cı il üçün fondun büdcə xərclərinin 8 milyard 261,4 milyon manat və yaxud təqdim edilmə tarixinə olan 1,05 məzənnəsi ilə 7 milyard 868 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə Fondun büdcəsinin Cənub Qaz dəhlizi layihəsinin və Bakı-Tbilisi-Qars yeni dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı ümumilikdə 1 milyard 869,1 milyon ABŞ dolları məbləğində xərclərinin yalnız ABŞ dolları valyutası ilə icra edilməsi nəzərdə tutulub. Bununla əlaqədar devalvasiya yalnız manat ilə icra ediləcək xərc maddələrinin, o cümlədən dövlət büdcəsinə transfertlə bağlı xərclərin icrası istiqamətində qənaətin yaranmasına səbəb ola bilər. Belə ki, devalvasiyaya qədər manatla icra ediləcək xərclər 6 milyard 300,9 milyon manat və yaxud ABŞ dolları ekvivalenti ilə 6 milyard 9,3 milyon təşkil etdiyindən, devalvasiyadan sonra yeni məzənnə ilə bu xərclərin 4 milyard 65,1 milyon ABŞ dolları və fondun xərcləri üzrə 1 milyard 944,2 milyon ABŞ dolları məbləğində qənaətin təşkil etməsi proqnozlaşdırılır".

Bu ilin fevral ayında manatın devalvasiyası ARDNF-ə təxminən 3 mlrd. ABŞ dolları məbləğində vəsaitə qənaət etməyə imkan verib. Belə ki, fevral devalvasiyasından əvvəl əgər büdcəyə 10 mlrd. manat vəsait transfert etmək üçün konvertasiyaya təxminən 13 mlrd. dollar tələb olunurdusa, devalvasiyadan sonra sadəcə 10 mlrd. dollar yetərli olub.

Xəbər lenti
0