CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gülər Əhmədova Leyla Yunusun azadlığa çıxmasına sevinib

© © Yeni SabahGülər Əhmədova - sabiq deputat
Gülər Əhmədova - sabiq deputat - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş deputat Leyla Yunusu və onun həyat yoldaşını təbrik edib.

BAKI, 11 dek-Sputnik. YAP-ın sabiq deputatı Gülər Əhmədova Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsdən azad edilməsi ilə bağlı "Yeni Müsavat"a danışıb.Bir müddət əvvəl məhbəsdən çıxmış Gülər Əhmədova Leyla Yunusu və onun həyat yoldaşını təbrik edib: "Azərbaycan bizim vətənimizdir, dövlətimiz müstəqil respublikadır. 20 % torpagımız işğalda, ana- bacılarımız əsirlikdə. Hələ də bu torpaq şəhid qanı ilə suvarılır. Bunu unutmamalıyıq. Çünki biz bu dünyada olmayacağımız dövrlərdə də bizim əməllərimiz haqqında danışılacaq".

Sabiq deputat Leyla Yunusu müdafiə edən beynəlxalq qurumlar barədə də fikirlərini söyləyib: "Leyla Yunusu bu gün müdafiə edən Avropa rəsmilərinin və mənim onun azad olunması ilə bağlı sevincimizin arasında böyük fərq var. Avropa rəsmilərini yalnız öz dövlətinin əleyhinə çıxış edən şəxslər maraqlandırır. Mən isə yalnız bir qadının həbsdən azad olunmasına, bir ananın evinə qayıtmasına sevinirəm. Artıq heç kim üçün sirr deyil ki, Avropanı azərbaycanlı qadınlar və körpələr maraqlandırmır.

Çünki əks halda günahsız öldürülmüş, işgəncə görmüş erməni faşizminin qurbanları haqqında narahat olardılar. Leyla Yunus həbs olunanda gözümün qabağına vaxtilə nə onunla siyasi mübahisələrimiz, nə də digər fikir ayrılıqlarımız gəldi. Sadəcə qadın və həbsxana. Və bir də "Azadlıq" radiosunda Xədicə İsmayılla qabaq —qənşər oturub da mənimlə bağlı dediyi fikirləri….İşin əslini bilmədən dediyi fikirlər….

Mən pisliyə də yaxşılıq prinsipi ilə yanaşan insanlardanam. Və buna görə də heç zaman nə ona, nə də başqa bir qadına zindan həyatı arzulamaram. Amma gördüm ki bu xanımlar başqa dəyərlərin daşıyıcılardılar. Əgər buna dəyər demək mümkündürsə…"

G.Əhmədova özü həbsdə olarkən, L.Yunusun ona ironiya ilə yanaşdığını da xatırladıb: "O, həm ana idi, həm də siyasətlə məşğul olan, azyaşlı övlad sahibi başqa bir qadının həbsini ironiya ilə arzulamamalı olduğu yaşda idi. Xüsusən də ortada bu qədər müəmma varkən….Amma mən onun qızının açıqlamalarını oxuyarkən iztirab çəkirdim və Allahdan ona da, həyat yoldaşına da azadlıq arzulayırdım. Eyni zamanda, cənab prezidentin humanist və gözəl insan olduğunu bilirdim. Artıq bunlar keçmişdir".

G. Əhmədova söhbət əsnasında L.Yunusun azadlığına sevinən Avropa rəsmilərinə də mesaj verməyi unutmayıb: "Azərbaycanda deputat mandatından imtina edən millət vəkili ilə bağlı məhkəmə qərarı olmadan hesabatlar dərc etmək demokratik addım deyildi. Əksinə istintaqa təzyiq idi. Mandatdan imtina etmək isə demokratik addım və siyasi örnək idi. Təəssüf ki, Avropanı demokratik dəyərlərə əsaslanmış addımlar deyil, tamam başqa məsələlər maraqlandırır".

Sabiq deputat həbsxana barədə düşüncələrini belə anladıb: "Ümumiyyətlə kiminsə həbsinə yalnız nadan və cahil insanlar sevinə bilər. Bu dünyada heç kim heç nədən sığortalanmayıb. İkincisi, həbsxana qadın yeri deyil. Amma bilmək lazımdır ki, həbsxana həyatı hər bir insanı bu və ya digər formada dəyişdirir".

Xəbər lenti
0