CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardaran ağsaqqalından qəribə münasibət

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentə təşəkkür etdi, Fazil Mustafaya cinayətkar dedi.

BAKI, 11 dek-Sputnik. Prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial- mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.

Nardaran ağsaqqalı Natiq Kərimov Prezindetin bu sərəncamına münasibət bildirib:

"Cənab Prezidentin bu sərəncamı yaxşı haldır. Nardaranlılar adından Prezidentə təşəkkür edirəm, Ola bilər ki, burada obyektlər tikilər. Cənab Prezident Nardaranın inkişafı üçün pul ayırıbsa, yəqin ki, buna nəzarət də olunacaq.
Nardaranlıların vəziyyətini qiymətlədirmək üçün gərək Nardaranın qəlbinə girəsən. Burada nə qədər evlər bərbad haldadır. Əgər burada da binalar tikilsə, mən də bunu alqışlayaram ki, Naradaran da abad bir yer olacaq. Yəqin ki, Cənab Prezindetin ayırdığı 12 milyon təyinatı üzrə xərclənəcək".

Nardaran ağsaqqalı Natiq Kərimov artıq bəzi dövlət qurumlarının Nardaranda real olaraq iş görüklərini də vurğulayıb: "Əsas odur ki, artıq bizə işıq verilib. Problem ondadır ki, hər 10 evdən 1-də işıq yanır. Çünki cammatda işıq kartına vurmağa pul yoxdur. İşıq gəlir bayırda işıq var, amma içəridə camaat zülmətdədir. Məncə burada xanımlar üçün xalça zavodu, fabriki açılsa, daha yaxşı olar.

"Azərişıq"a, ümumən hökumətə təşəkür edirəm. "Azərişıq" və "Azəriqaz" 150-200 nəfər briqada ilə işləyir. Onlar artıq bu gün bizim əlimizdən tuturlar".

Natiq Kərimov bəzi millət vəkillərinin Nardaran haqqındakı düşüncələrinə də münasibət bildirib: "Nardaran heç zaman dövlətə, hökumətə qarşı çıxmayıb. Əksinə, dövlətin qurulmasına kömək edib. Demək istəyirəm ki, bəzi deputatlar var ki, ağızlarına nə gəldi danışırlar. Fazil Mustafa deyir ki, Nardaran camaatı cinayətkardır. Nardaran camaatının nəyi cinayətkardır? İstəyirsən mən sənin cinayətlərini sayım, Fazil müəllim? Yaxud orada oturan bəzi deputatların cinayətlərin sayım, göstərim? Özlərini kiməsə göstərmək istəyirlərsə, bunu Nardaranla etməsinlər".

Xəbər lenti
0