İlham Əliyevlə Si Cinpin birgə bəyənnamə imzalayıblar

© Azərtacİlham Əliyevin Çin səfəri
İlham Əliyevin Çin səfəri - Sputnik Azərbaycan
Abunə olmaq
Pekində Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

BAKI, 10 dek-Sputnik. Pekində Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Sputnik xəbər verir ki, geniş tərkibdə görüş başa çatdıqdan "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannaməsi"ni Azərbaycan prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Çinin xarici işlər naziri Van İ, "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə"ni Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla Çinin ədliyyə naziri Vu Ayyin, "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında fitosanitar əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla Çinin kənd təsərrüfatı naziri Xan Çanfu, "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair Saziş"i isə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ("AZAL") prezidenti Cahangir Əsgərovla Çinin Mülki Aviasiya Administrasiyasının rəhbəri Li Ciasyan imzalayıblar.

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Çinin təhsil naziri Yuen Quyren, "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Çinin nəqliyyat naziri Yan Çuantan, "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə Çinin kommersiya naziri Quan Xuçen, "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın Çindəki səfiri Lətif Qəndilovla Çinin Energetika üzrə Dövlət İdarəsi rəisinin müavini Çen Şan Zye, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş"i isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla Çinin Milli Dəmir Yolu Administrasiyasının rəhbəri Lu Donfu imzalayıblar.

Həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpinin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul verilib.

Xəbər lenti
0