Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İtkin düşən neftçinin qohumu jurnalistlərə od püskürdü

© sputnik.az/Fuad Həsənovİtkin düşən neftçinin qohumu jurnalistlərə od püskürdü
İtkin düşən neftçinin qohumu jurnalistlərə od püskürdü - Sputnik Azərbaycan
Abunə olmaq
İtkin düşən neftçi İbrahimov Xalidin qohumları SOCAR-dan şikayətçidir.

BAKI, 7 dek — Sputnik. Faciə ilə bağlı SOCAR-ın mətbuat konfransında söhbət ancaq neftdən gedir: nə qədər neft itirdik, nə qədər ziyana düşdük. Fikirləri neftdir. Neft belə oldu, neft elə oldu. Ancaq ziyanı hesablayırlar. Jurnalistlər də ancaq neftə dəyən zərəri soruşurlar. Ar olsun belə jurnalistikaya.

Bu cümlələri Sputnik-ə açıqlamasında "Günəşli" platformasındakı faciədə itkin düşən qaynaqçı İbrahimov Xalid Bəşir oğlunun yaxın qohumları deyib.

Onlar Dövlət Neft Şirkətinin (SOCAR) faciəyə həddindən artıq soyuq yanaşmasından şikayətləniblər:

"Hörmətli rəhbərlər, 10 cümlə neftə dəyən zərərdən danışanda, 100 cümlə də həyatını itirən, itkin düşən neftçilərdən, onların ailələrindən danışmalıdırlar. Təkcə Xalidin 3 körpə balasını, yoldaşını misal çəkirəm. Kömək edən olacaqmı onlara? Onları yada salan varmı?"

Xalid İbrahimovun qohumları, əksər jurnalistlərin qeyri-peşəkarlığına da diqqət çəkiblər: "Biz nə televiziyada, nə də mətbuat konfranslarında, jurnalistlərin SOCAR rəhbərliyindən, aidiyyatı qurumlardan neftçi ailələri barədə sual verdiyini eşitmədik? Belə də jurnalist olar?".

© sputnik.az/Fuad Həsənovİbrahimov Xalidin qohumu
İbrahimov Xalidin qohumu - Sputnik Azərbaycan
İbrahimov Xalidin qohumu

Dekabrın 4-də "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza və yanğın nəticəsində 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb, 33 nəfər isə xilas edilib.

Xəbər lenti
0