19:08 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Araz Əlizadə

Azərbaycanlı deputatdan Türkiyəyə ittiham

youtube.com
AZƏRBAYCAN
Qısa URL
2840410

Araz Əlizadə: Ağlı başında olan hər kəs bilir ki, Rus-Türk gərginliyində Türkiyə haqsızdır

BAKI, 3 dek — Sputnik. Ağlı başında olan hər kəs bilir ki, Rus-Türk gərginliyində Türkiyə haqsızdır.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Araz Əlizadə deyib.

Onun sözlərinə görə, münasibətlərin korlanmasında rəsmi Ankara birbaşa təqsirkardır.

Davudoğlunun bugünki Bakı səfərinə də toxunan Araz Əlizadə, Azərbaycanın Türkiyə-Rusiya münasibətlərini düzəltməkdə heç bir müsbət addım ata bilməyəcəyini də qeyd edib.

Noyabrın 24-də səhər saatlarında Türk ordusu Suriya ilə sərhəddə "Su-24"döyüş təyyarəsini vurub. Ölkənin Baş Qərargahından verilən açıqlamada, döyüş təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Daha sonra həmin təyyarənin Rusiyaya aid olduğu üzə çıxıb.

Teqlər:
Türk ordusu, Rus-Türk gərginliyi, "Su-24", Suriya, Milli Məclis, Araz Əlizadə, Türkiyə, Azərbaycan

Əsas mövzular