00:56 25 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
8401

"Qatar Airways" aviaşirkəti Dubay, Bankok, Kolombo, Seul, Şanxay, Sidney, Puketə biletləri 30% uzuc satacaq.

BAKI, 30 noy-Sputnik. "Qatar Airways" aviaşirkəti yeni il ərəfəsində növbəti qısamüddətli endirim kampaniyasına başlayıb.

Sputnik xəbər verir ki, bu barədə Azərtac-a "Qatar Airways"dən bildiriblər.

Dünyanın 150-dən çox istiqamətini Bakıya yaxınlaşdıran "Qatar Airways" bu dəfə Dubay, Bankok, Kolombo, Seul, Şanxay, Sidney, Puket kimi bir sıra istiqamətlərə 30 faizə qədər endirim tətbiq edir.

Bu kampaniya çərçivəsində uçuş tarixləri noyabrın 30-dan 2016-cı il martın 31-dək olan biletlərə aiddir, biletlərin satışı noyabrın 30-da başlayıb və dekabrın 6-dək davam edəcək.

Müştərilər xüsusi endirimli səyahət biletlərini "Qatar Airways" satış ofislərindən, www.qatarairways.com veb saytından, habelə turizm agentliklərindən əldə edə bilərlər.

Əsas mövzular