Elmar Məmmədyarov NATO-nun toplantısına qatılacaq

© NATOSenior US administration official said that Ukraine's membership in NATO is not being considered by the alliance.
Senior US administration official said that Ukraine's membership in NATO is not being considered by the alliance. - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstana dair "Qətiyyətli dəstək" missiyasının xarici işlər nazirlərinin toplantısına qatılacaq.

BAKI, 30 noy-Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Bu barədə Sputnik-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Elmar Məmmdəyarov NATO-nun Əfqanıstana dair "Qətiyyətli dəstək" missiyasının xarici işlər nazirlərinin toplantısına qatılacaq.
İclasa NATO baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.

NATO Əfqanıstanda fəaliyyət göstərdiyi müddətdə ISAF missiyasını həyata keçirirdi. NATO Əfqanıstandan çıxdıqdan sonra isə bu missiya "Qətiyyətli dəstək" missiyası ilə əvəzləndi. Azərbaycan da NATO-nun tərəfdaş ölkəsi, Əfqanıstandakı ISAF missiyasının iştirakçısı olduğu üçün, indi də "Qətiyyətli dəstək" missiya tərkibində Əfqanıstana dəstəyini davam etdirir.
Hacıyev həmçinin bildirib ki, səfər çərçivəsində Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xəbər lenti
0