Nardaranda həlak olmuş sakinlərin meyitləri qaytarılacaq

Nardaran piri
Nardaran piri - Sputnik Azərbaycan
Abunə olmaq
"Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib"

Bakı, 27 noy — Sputnik. Ötən gün Nardaran hadisələri zamanı həlak olmuş qəsəbə sakinlərinin meyitləri sabah qaytarılacaq.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib ki, hazırda meyitlər ekspertizadadır: "Hazırda istintaq aparılır. Sabah meyitlərin qaytarılacağı deyilib".

N.Kərimovun sözlərinə görə, məsələni şişirtməyə ehtiyac yoxdur: "Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib".

Xəbər lenti
0