09:50 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
AZƏRBAYCAN
Qısa URL
22

Millət vəkili deyib ki, deputatlar parlament diplomatiyasından yararlanmaqla dünyanın nüfuzlu ölkələrinin parlamentlərində siyasətçilərlə daha sıx münasibətlər qurmalı və dost qazanmalıdırlar.

BAKI, 25 noy — Sputnik. Azərbaycan parlamenti ölkənin təhlükəsizliyinin təmin edilməsində parlament diplomatiyasından daha çox yararlanmalı və bu istiqamətdə çox iş görməlidir.

Bu fikri Sputnik-ə açıqlamasında millət vəkili Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin V çağırış Milli Məclisdəki ilk sessiyasında çıxışına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ölkə başçısı haqlı olaraq qeyd edib ki, həm bölgəmizdə, həm də dünyada çox təhlükəli proseslər gedir.

"Ona görə də Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün bir neçə istiqamətdə iş aparmalıdır. Parlament Azərbaycanın Silahlı Qüvvələrinin daha da təkmil formalaşması, müasir texnikalarla təmin olunması istiqamətində böyük işlər görməlidir" — deyə millət vəkili qeyd edib.

Milət vəkili bildirib ki, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında və dost qazanmasında parlamentarilərin üzərinə böyük məsuliyyət düşür: "Belə ki, deputatlar parlament diplomatiyasından yararlanmaqla dünyanın nüfuzlu ölkələrinin parlamentlərində siyasətçilərlə daha sıx münasibətlər qurmalı və dost qazanmalıdırlar. Bu yolla parlamentarilərimiz Azərbaycanın haqlı və ədalətli mövqeyini bütün beynəlxalq təşkilatlarda müdafiə etməyə çalışmalıdırlar. Bu istiqamətdə biz parlamentarilər ölkəmizin siyasi nöqteyi nəzərdən təhlükəsizliyini təmin etmək üçün çox işlər görməliyik."

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də V çağırış Milli Məclisində çıxış edib. O, qeyd edib ki, Azərbaycan dünyada gedən proseslərə hazır olmalıdır. Azərbaycanın təhlükəsizliyi təmin edilməlidir. 

Teqlər:
Parlament, Azərbaycanın Silahlı Qüvvələri, İlham Əliyev, Milli Məclis, Demokratik İslahatlar Partiyası, Asim Mollazadə, Azərbaycan

Əsas mövzular