Azərbaycanın rayonlarında hava yağmursuz olacaq

Hava məkanı
Hava məkanı - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeronda havanın dəyişkən buludlu olacağı gözlənilir.

BAKI, 23 noy-Sputnik. Noyabrın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskin olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 15-20, dağlarda gecə 2-7 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Xəbər lenti
0