Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan
Heydər Əliyev ili

İlham Əliyevə "Leadership" mükafatı verildi

© APAMaliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin layiq görüldüyü "Leadership Award"ı qəbul edərkən
Maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin layiq görüldüyü Leadership Awardı qəbul edərkən - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika-Azərbaycan ticarət palatası ("USACC") prezident İlham Əliyevi "Leadership" mükafatı ilə təltif edib.

BAKI, 20 noy —Sputnik. Amerika-Azərbaycan ticarət palatası ("USACC") prezident İlham Əliyevi "Leadership" mükafatı ilə təltif edib.

Sputnik xəbər verir ki, mükafat ölkə başçısının "USACC"a göstərilən dəstəyə görə verilib.

Mükafat prezident İlham Əliyevin nümayəndəsi qismində çıxış edən maliyyə naziri Samir Şərifova təqdim olunub.

"Bu palatanı təsis edən gündən Ulu öndər Heydər Əliyev bizə daim dəstək olub. Eyni münasibəti biz prezident İlham Əliyevdən gördük", — deyə palatanın təsisçisi Reza Veziri deyib.

Öz növbəsində S. Şərifov qeyd edib ki, prezident İlham Əliyev "bu şərəfli mükafatı qəbul etmək üçün tapşırıq verib". Bundan sonra mükafat təqdim edilib.

Xəbər lenti
0