SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Müxalifətçi deputat prezidentin addımlarını dəstəklədi

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Fazil Mustafa: Korrupsiyaya bulaşmış, qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı belə bir münasibətin sərgilənməsi müsbət haldır.

BAKI, 13 noy — Sputnik. Azərbaycan prezidentinin son kadr islahatını dəstəkləyən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da Sputnik-ə açıqlamasında bildiriи ki, fəaliyyətində neqativ hallara yol verən məmurların və nazirlərin dəyişməsi müsbət haldır: “Korrupsiyaya bulaşmış, qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı belə bir münasibətin sərgilənməsi müsbət haldır. Bununla belə hesab edirəm ki, bu addımların ardınca ciddi islahatlara start verilməlidir.”

Millət vəkilinin fikrincə, ölkədə hamı bilməlidir ki, nazir və ya digər məsul postu tutmaq ölkəni talayıb varlanmaq yox, üzərinə düşən missiyanı yerinə yetirmək, ölkəyə, vətəndaşa xidmət etməkdən ibarət olmalıdır.

“Bu baxımdan ölkə başçısını bu addımlarını birmənalı dəstəkləyirəm və hər birimiz öz dəstəyimizi əsirgəməməliyik”, — deyə  deputat vurğuladı.

Noyabrın 3-də prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov tutduğu vəzifədən azad edilib.

Xəbər lenti
0