CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhə xəttində ordunun hazırlığı yoxlanılıb

© mod.gov.azAzərbaycanın müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanın müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri Zakir Həsənov müdafiənin ön xəttində olub və orada yerləşən bölmələrin hazırlığını yoxlayıb.

BAKI, 7 noy — Sputnik. Müdafiənin ön xəttində yerləşən bölmələrin hazırlığı yoxlanılıb.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.

Zakir Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib.

Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib, onların xidmətləri və qayğıları ilə maraqlanıb. Sonda nazir ön xətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və qısa müddətli məzuniyyətlə mükafatlandırıb.

Xəbər lenti
0