12:15 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
Daxili işlər naziri Ramil Usubov

Ramil Usubov: Xaos yaratmaq istəyənlərin qarşısı qətiyyətlə alınacaq

© Foto: APA
AZƏRBAYCAN
Qısa URL
42321

BAKI, 16 okt — Sputnik. Azərbaycan daxili işlər naziri Ramil Usubov qarşıdan gələn parlament seçkilərində polisin üzərinə düşən vəzifələrdən danışıb.

Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında çıxış edən general-polkovnik Ramil Usubov qarşıdan dövlət əhəmiyyətli mühüm tədbirin, növbəti parlament seçkilərinin gəldiyini xatırladaraq daxili işlər orqanlarının bu sahədə böyük təcrübəyə malik olduğunu, asayişin qorunması və təhlükəsizliyin təmini məsələlərində onların üzərinə qanunvericilikdən irəli gələn mühüm vəzifələr düşdüyünü, əvvəlki illərdə və anoloji tədbirlərdə olduğu kimi, hər bir əməkdaşın qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Nazir qeyd edib ki, bu gün daxili işlər orqanlarının qarşısında duran əsas vəzifə dövlətin tərəqqisi və qüdrətlənməsi, xalqın sosial rifahının yüksəldilməsi sahəsində Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin başlıca təminatlarından olan ictimai-siyasi sabitliyin etibarlı qorunması, daha da möhkəmləndirilməsidir: "Ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmaq, qarışıqlıq, xaos və anarxiya yaratmaq istəyən qüvvələrin qarşısı qanunların verdiyi imkanlar çərçivəsində ən sərt, qətiyyətli şəkildə alınacaq".

Əsas mövzular