Statistika Komitəsi metro istifadəçilərinin statistikasını açıqladı

© trendBakı metrosu - Azadlıq prospekti stansiyası
Bakı metrosu - Azadlıq prospekti stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı metrosundan 9 ay ərzində 162,4 mln. nəfər istifadə edib.

BAKI, 16 okt-Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.

Sputnik Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 162,4 mln. nəfərə çatıb.

Nəqliyyatçılar 1 mlrd. 380 mln. sərnişinə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 11,8%-i metro ilə daşınıb.

Xəbər lenti
0