05:54 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
AZƏRBAYCAN
Qısa URL
26 0 0

Mərkəzi Bankın sədri Beynəlxalq Bankın özəlləşməsi haqqında danışıb.

BAKI, 13 okt — Sputnik. Mərkəzi Bankın sədri Beynəlxalq Bankın özəlləşməsi haqqında danışıb.

Sputnik xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə 2016-cı il büdcəsinin müzakirəsi zamanı Beynəlxalq Bankın özəlləşməsi ilə bağlı məsələyə toxunaraq bildirdi ki, artıq ölkə başçısı İlham Əliyev əhəmiyyətli bankların sabitiyinin qorunması məqsədi ilə Beynəlxalq Bankın səhmlərinin özəlləşməsi barədə fərman imzalayıb: “Hazırda fərmandan irəli gələn məsələlərlə bağlı Maliyyə nazirliyi və Mərkəzi Bank tərəfindən müvafiq tədbrilər görülür.”

Rüstəmov bildirdi ki, Beynəlxalq Bankdakı dövlət səhmlərinin özəlləşməsi nəticəsində əldə olunacaq vəsaitlər banklarda kreditlərin həcminin artırılmasına, kredit faiz dərəcələrinin azaldılmasına, bankın müxtəlif proqramların, sosial-iqtisadi proqramların icrasına, xüsusən də ipoteka kreditinin canlanmasına imkan verəcək: “Bu səbəbdən də hazırda Mərkəzi Bank hökumətlə birlikdə bank sektorunun sabitliyinin qorunub saxlanması və möhkəmləndirilməsinə  dəstək verilməsi elementləri üzərində çalışır.”

Əsas mövzular