Azərbaycanda satılan hər dörd telefondan biri iPhone-dur

© www.apple.comapple iphone
apple iphone - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda ən məşhur telefonlar Samsung, Apple iPhone və Nokia-dir.

BAKI, 6 okt — Sputnik. Azərbaycanda ən məşhur telefonlar Samsung, Apple iPhone və Nokia-dir. Bu barədə istifadəçilərin təkliflərini araşdıran sovde.az pulsuz elanlar saytının analitikləri deyirlər. Bununla belə, hər ikinci azərbaycanlıda İphone və Samsung var. 

Sovde.az saytında 15000-dən çox yeni və işlənmiş telefonlar satılır. Satılan telefonların 36%-dan çoxu — Samsung, 25% — Apple, 10%-i isə Nokia-dır.

Onların arınca populyarlığına görə Sony 7% və HTC 6% gəlirlər. Təxminən eyni göstərici LG, və Huawei modellərindədir — 4%. Blackberry isə hətta 3,5% —ə qədər çatmır.

Azərbaycanda işlənmiş telefonun orta qiyməti 220 manatdır. Ən ucuz qurğular Nokia və Blackberry-dir — müvafiq olaraq 90 və 100 manat. Ən bahalısı isə — iphone (380 manat) və LG (250 manat).

Xəbər lenti
0