07:26 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
3311

Azərbaycan və Türkiyə gömrük məsələləri üzrə birgə komitənin fəaliyyətinin təşkili üzrə protokol imzalayıblar.

BAKI, 2 okt — Sputnik. Azərbaycan və Türkiyə gömrük məsələləri üzrə birgə komitənin fəaliyyətinin təşkili üzrə protokol imzalayıblar.

Sputnik xəbər verir ki, protokol bu gün Türkiyənin ticarət və gömrük naziri Cenap Aşçının başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb.

Protokolu Azərbaycanın dövlət gömrük komitəsinin sədri Aydın Əliyev və Cenap Aşçı imzalayıblar.

Görüşdən sonra jurnalistlərə açıqlama verən  Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, iki ölkə arasında  bəzi məhsulların gömrük rüsumundan azad olunması gözlənilir. 

Komitə sədri deyib ki, aidiyyatı orqanlar da məsələ ilə bağlı rəyini verdikdən sonra həmin məhsulların adları açıqlanacaq: “İdxal-ixrac əməliyyatları zamanı bəzi məhsulların rüsumdan azad edilməsi ilə bağlı təkliflər irəli sürülüb və hazırda bu sənədlər baxılmaq üzrədir".

Komitə sədri onu da əlavə edib ki, bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsində azalma müşahidə edilib. “Bu da əsasən neft məhsullarının, neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır".

"Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Buna görə, ümid edirik ki, gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsi getdikcə artacaq", — deyə Əliyev qeyd edib.

Əsas mövzular