BAKI, 21 sen — Sputnik. Biləsuvarda 30 yaşlı qadın su kanalına boğularaq ölüb.
Biləsuvar rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 20-də Biləsuvar şəhər sakini, 1985-ci il təvəllüdlü Elnarə Cəfərova yaşadığı evin yaxınlığından keçən su kanalında düşərək boğulub.
Qeyd edək ki, E.Cəfərovanın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda araşdırma aparılır.