18:56 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Fuad Ələkbərov

Şotlandiyadakı qürur duyulası həmyerlimiz

© http://www.heraldscotland.com
AZƏRBAYCAN
Qısa URL
22861

Şotlandiyada yaşayan Fuad Ələkbərovun dostları ilə yaratdığı "Europe Sees Syria" kampaniyası 2015-ci il 12 sentyabrda dünyanın 40 şəhərində iki milyondan çox adamın mühacirlərə kömək etməsində böyük rol oynayıb.

BAKI, 14 sen — Sputnik. Şotlandiyada yaşayan həmyerlimiz Fuad Ələkbərov humanitar layihələri ilə dünya KİV-lərinin diqqətini çəkib.

Bakı şəhərindən doğulan həmyerlimiz, İslamofobiyaya və irqçiliyə qarşı fəal mübarizəsi ilə tanınır. Onun dostları ilə yaratdığı "Europe Sees Syria" kampaniyası 2015-ci il 12 sentyabrda dünyanın 40 şəhərində iki milyondan çox adamın mühacirlərə kömək etməsində böyük rol oynayıb.

  • Qlazqoda həmyerlimizin təşkil etdiyi xeyriyyə tədbiri
    Qlazqoda həmyerlimizin təşkil etdiyi xeyriyyə tədbiri
    sputnik.az/Fuad Ələkbərov
  • Qlazqoda həmyerlimizin təşkil etdiyi xeyriyyə tədbiri
    Qlazqoda həmyerlimizin təşkil etdiyi xeyriyyə tədbiri
    sputnik.az/Fuad Ələkbərov
1 / 2
sputnik.az/Fuad Ələkbərov
Qlazqoda həmyerlimizin təşkil etdiyi xeyriyyə tədbiri

Qlazqoda 10 000 insan iştirak etdiyi nümayişdə, Ələkbərov Avropa liderlərindən 1 milyon Qarabağ qaçqını dəstəklənməsini və Xocalı soyqırımının tanınmasını tələb edib.

Şotlandiyanın "The Herald" və "The National" qəzetlərinin məlumatına görə, Ələkbərov 2015-ci ildə "Amnesty International"-ın nüfuzlu Ginetta Sagan mükafatına layiq görülüb. Bu mükafat ona son yeddi ildə humanitar layihələr sahəsində göstərdiyi fəaliyyətə görə verilir.

Mükafatın təqdimat mərasimində Fuad Ələkbərov media nümayəndələrinə deyib: “Mən bir humanitar kimi, dövlətlər arasında sülhün bərqərar olmasını, bütün millətlər arasında dostluq münasibətlərinin yaranmasını, münaqişələrin qarşısının alınmasını və hazırda dünyanın bəzi regionlarında gedən doyüşlərə son qoyulmasını arzu edirəm. Bu yolda əlimdən gələni əsirgəməyəcəm.”

Məlumat üçün bildirək ki, 2015-ci ilin may ayında Qlazqonun Kaledoniya Universitetində keçən tədbirdə Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus Ələkbərovu «Bəşəriyyətin səfiri» adlandırmışdı.

Teqlər:
Fuad Ələkbərov Qlazqo, Nobel Sülh mükafatı, İslamofobiya, Xocalı soyqırımı, Qarabağ qaçqını, Ginetta Sagan mükafatı, Bəşəriyyətin səfiri, Kaledoniya Universiteti, Qlazqonun Kaledoniya Universiteti, Məhəmməd Yunus, Fuad Ələkbərov, Qlazqo şəhəri, Şotlandiya

Əsas mövzular