02:31 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
68910

Azərbaycanda nazirliklərin və digər dövlər strukturlarının ixtisar olunması istiqamətində islahatların aparılmasına ciddi ehtiyac var. Bunu Sputnik-ə açıqlamasında iqtisadçı alim Oqtay Haqverdiyev deyib.

BAKI, 10 sen — Sputnik. Azərbaycanda nazirliklərin və digər dövlər strukturlarının ixtisar olunması istiqamətində islahatların aparılmasına ciddi ehtiyac var. Bunu Sputnik-ə açıqlamasında iqtisadçı alim Oqtay Haqverdiyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 20-dək nazirlik və bundan başqa xeyli sayda dövlət komitəsi, xidmətlər fəaliyyət göstərir. “Hesab edirəm ki, bu  sayda nazirlik və komitə Azərbaycan kimi ölkə üçün həddən artıq çoxdur. Çünki, ABŞ kimi ölkədə cəmi 14, Böyük Britaniyada 17 nazirlik fəaliyyət göstərir. Ona görə də Azərbaycanda da bir-birinin fəaliyyətini təkrarlayan, eyni sahə üzrə fəaliyyət göstərən qurumlar birləşdirilməli və təkmilləşdirilməlidir. Çünki dövlət qurumlarının şişirdilməsi eyni zamanda ölkənin iqtisadiyyatına da müəyyən mənada maneçilik yaradır”, — deyə Haqverdiyev vurğulayıb.

Haqverdiyev misal da gətirib: “Məsələn, hökumət büdcədən Nəqliyyat Nazirliyinə müəyyən layihələri həyata keçrimək üçün bir milyard vəsait ayırır və bu layihənin həyata keçirilməsi üçün tenderin elan olunması, icrası da həmin nazirliyə həvalə edilir. Ona görə də, nazirlik ayrılmış vəsaitdən istədiyi kimi istifadə edir. Düzdür, gördüyü işlər də var. Amma  onların keyfiyyəti, ora ayrılan maliyyə vəsatində israfçılığa yol verilir. Odur ki, belə şeylərə diqqət yetirmək lazımdır. Ayrılan vəsatilərin icrası və istifadəsinə ciddi nəzarət lazımdır.”

İqtisadçı alim konkret olaraq bir sıra nazirliklərin, komitələrin, fondların və xidmətlərin   ləğv olunaraq digər nazirliklərə birləşdirilməsini təklif edib: “Funksional fəaliyyəti eyni olan nazirliklər və dövlər qurumları birləşdirilməlidir. Məsələn Vergilər nazriliyi Maliyyə nazirliyinə, Gömrük komitəsi Daxili işlər nazirliyinə, Sosial müdafiə fondu Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə və sair. Nəqliyat nazirliyi sistemində də ciddi struktur islahatı həyata keçirilməlidir.”

Ekspert həmçinin Nazirlər Kabineti  və Prezident Administrasiyasında da eyni funksiyanı icra edən şöbələrdə islahatların aparılmasının vacibliyini qeyd edib: “Hesab edirəm ki, bu gün Azərbaycan kimi ölkədə maksimum 15-16 nazirlik və komitə fəaliyyət göstərməlidir. Amma bu islahatlar tədricən həyata keçirilməlidir. Çünki bu islahatları həyata keçrimək o qədər də asan məsələ deyil. Doğru aparılmayan islahat sonda fiaskoya uğraya bilər. Buna baxmayaraq islahatlara başlanılmalıdır. Bunu ölkə başçısı keçirdiyi son müşavirədə də deyib.”

Teqlər:
Oqtay Haqverdiyev, Azərbaycan

Əsas mövzular