12:02 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
AZƏRBAYCAN
Qısa URL
209203

Faiz dərəcələrinin azaldılması həm Azərbaycan Beynəlxalq Bankının maaş və ya pensiya kartına sahib olan müştəriləri, həm də Bankın yeni müştəriləri üçün nəzərdə tutulmuş kredit məhsullarını əhatə edir.

BAKI, 10 sent-Sputnik. Azərbaycan Beynəlxalq Bankı yeni fəaliyyət strategiyasına uyğun olaraq istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində növbəti addımını atıb.

Sputnik Trend-ə istinadən xəbər verir ki, bankın müştərilərə təklif etdiyi istehlak kreditlərinin faiz dərəcələri 19%-ə qədər endirilib. Faiz dərəcələrinin azaldılması həm Azərbaycan Beynəlxalq Bankının maaş və ya pensiya kartına sahib olan müştəriləri, həm də Bankın yeni müştəriləri üçün nəzərdə tutulmuş kredit məhsullarını əhatə edir. Kreditlər 12 aydan 36 ayadək müddətə verilir. Kreditin məbləği və faiz dərəcələri məhsulun növündən və müddətindən asılı olaraq dəyişir. Belə ki, Bankın maaş və ya pensiya kartı sahibləri maksimum 15.000, yeni müştəriləri isə 10.000 manatadək kredit ala bilərlər. Kreditin rəsmiləşdirilməsi zamanı cəmi 1% komisyon haqq tutulur. Kreditlər Azərbaycan Beynəlxalq Bankının bütün filiallarında verilir.

Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

 

Teqlər:
Azərbaycan Beynəlxalq Bankı, kredit, filial, kredit faizlərinin endirilməsi, Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan

Əsas mövzular