19:22 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Bakı Asiya Universiteti

Bakı Asiya Universiteti bağlanma səbəbini açıqladı

arxiv
AZƏRBAYCAN
Qısa URL
32612

Universitetin prorektoru Rəhilə Nağıyeva Trend-ə bildirib ki, bağlanmanın əsas səsəbi tələbələrin sayının çox az olması olub.

BAKI, 8 sen — Sputnik. Fəaliyyətinin dayandırılması üçün Təhsil Nazirliyinə müraciət etmiş Bakı Asiya Universiteti bağlanma səbəbini açıqlayıb.

Universitetin prorektoru Rəhilə Nağıyeva Trend-ə bildirib ki, bağlanmanın əsas səbəbi tələbələrin sayının çox az olması olub: “Buna görə də çətinlik çəkirdik. Qruplar kiçik idi, Boloniya sistemi ilə ayaqlaşmaq mümkün olmurdu. Bəzi problemlər oldu, nə tələbələr, nə də biz əziyyət çəkməyək deyə bu qərara gəldik”.

R.Nağıyeva deyib ki, universitet gələn tədris ilindən fəaliyyətini yenidən bərpa etməyi nəzərdə tutur: “Gələn ildən özəl və dövlət ali məktəblərinə ödənişli təhsil alan tələbələr üçün plan yeri ayrılmayacaq. Kim nə qədər oxuda bilərsə, o qədər də tələbə qəbul edəcək. Ona görə də biz gələn ildən fəaliyyətimizi bərpa edəcəyik”.

Qeyd edək ki, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib.

Əsas mövzular