01:58 25 Fevral 2018
Canlı yayım
PKK hücumu

Azərbaycan sərhədi yaxınlığındakı terror aktında ölənlərin sayı artdı

internethaber.com
AZƏRBAYCAN
Qısa URL
25512

PKK terrorçuları İqdır vilayətində polisləri daşıyan mikroavtobusa hücumu nəticəsində həlak olanların say 11-ə çatıb. Bundan əlavə 4 yaralı da var.

BAKI, 8 sen — Sputnik. PKK terrorçuları İqdır vilayətində polisləri daşıyan mikroavtobusa hücumu nəticəsində həlak olanların sayı 11-ə çatıb. Bundan əlavə 4 yaralı da var. 

Hadisə polislər İqdırdaki Dilucu sərhəd məntəqəsinə, öz iş yerlərinə gedərkən baş verib.

Timeturk-un məlumatına görə, hadisə bugün səhər saatlarında baş verib. Terrorçular yola döşədikləri minanı polis maşını keçərkən işə salıb. 

Dilucu sərhəd məntəqəsi Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı sərhəddə yerləşir.

Hadisə Naxçıvan Muxtar Respublikasına yaxın olan Hasanhan kəndi yaxınlığında baş verib.

Bölgədə təhükəsizlik qüvvələrinin geniş miqyaslı əməliyyatı başlayıb.

Əsas mövzular