02:00 25 Fevral 2018
Canlı yayım
Escala sismológica de Richter

Şəki zəlzələsinin nəticələrini aradan qaldırmağa 2 mln manat ayrıldı

© Flickr/ mikael altemark
AZƏRBAYCAN
Qısa URL
21 0 0

Baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, zəlzələ nəticəsində Turan qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb.

BAKI, 8 sen — Sputnik. Azərbaycan hökuməti sentyabrın 4-də Şəkidə baş verən zəlzələnin nəticələrini aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayırıb.

Sputnik xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində Turan qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb: “Bu qəsəbədə 90-a yaxın ailə yaşayır, 90 ev var. Bundan əlavə olaraq  Şəkinin digər kəndlərində də evlərdə çatlar əmələ gəlib, Şəkinin özündə isə bir yaşayış binasının divarı uçub”.

Şərifov əlavə edib ki, araşdırmalar davam etdirilir: “Bununla belə, dünən dövlət başçısının göstərişi, Nazirlər Kabinetininnin sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayırılıb. Yüksək ballıq zəlzələ olmasına baxmayaraq, şükür ki, insan tələfatı, xəsarət alanlar yoxdur”.

Teqlər:
Şəkidə zəlzələ, Azərbaycanda zəlzələ, zəlzələ, Turan qəsəbə bələdiyyəsi, Abid Şərifov, Şəki, Azərbaycan

Əsas mövzular