00:17 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
AZƏRBAYCAN
Qısa URL
4701

Abbas Ümmətov: TİKA dünyanın çoxlu sayda ölkəsində xeyriyyə işləri görür və bunu Türkiyə hökumətinin nəzdində maliyyə dəstəyi hesabına edir

BAKI, 7 sent — Sputnik. Türk ǝmǝkdaşlıq vǝ koordinasiya agentliyi (TİKA) Azǝrbaycanda yardım layihǝlǝri gerçəkləşdirməkdə davam edir.

TİKA, az gəlirli qaçqın ailələrin uşaqları üçün Azərbaycanda yay düşərgəsi salıb. Bu barədə Sputnik-ə açıqlamasında agentliyin Bakı ofisinin asistenti Abbas Ümmətov məlumat verib. O, təmsil etdiyi qurumun dünyanın çoxlu sayda ölkəsində xeyriyyə işləri gördüyünü və bunu Türkiyə hökumətinin nəzdində maliyyə dəstəyi hesabına etdiklərini deyib.

Dağlıq Qarabağ münaqişǝsi nǝticǝsindǝ doğma torpaqlarını tǝrk edǝrǝk paytaxt Bakı vǝ ǝtrafına yerlǝşǝn qaçqın ailǝlǝrindǝn 40 uşağın dincǝlmǝsinǝ imkan yaradılan düşǝrgǝdǝ uşaqlara liderlik vǝ könüllülük mövzusunda seminarlar verilǝcǝk, idman oyunları vǝ müxtǝlif kurslar keçirilǝcǝk.

Teqlər:
Dağlıq Qarabağ münaqişǝsi, TİKA Bakı, TİKA Baku, TİKA, Abbas Ümmətov, Bakı, Azərbaycan

Əsas mövzular