01:36 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Kino

Azərbaycanla Rusiyanın birgə çəkdiyi film başa çatmaq üzrədir

compss.3dn
AZƏRBAYCAN
Qısa URL
3801

"Qırmızı bağ" filmi yaxın vaxtlarda təhvil veriləcək.

BAKI, 7 sent-Sputnik. Azərbaycanda yeni filmin istehsalı bitmək üzrədir.

Sputnik Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "VaytMedia" studiyası ilə birgə dövlət sifarişi əsasında istehsal olunan "Qırmızı bağ" bədii filminin istehsalının son tamamlama işləri aparılır.

Sözügedən filminin yaxın vaxtlarda təhvil veriləcəyi nəzərdə tutulur. "Qırmızı bağ" filminin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonit Karpov, bəstəkarı Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WeitMedia").

Filmin çəkilişlərinə Bakı, Şəki, Gəncə və Moskva aktyorları cəlb edilib. Əsas rollarda Maksud Məmməmov, Gülzar Qurbanova, Xanlar Həşimzadə, İlham Hüseynov, Razis İbrahimov və Şəki məktəblisi Taleh Bədiiyev çəkilib.

 

Əsas mövzular