18:05 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
AZƏRBAYCAN

Əli Həsənov Xədicə İsmayılın həbsinə münasibət bildirib

AZƏRBAYCAN
Qısa URL
2201

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məhkəmə qərarını siyasiləşdirməyin yolverilməz olduğunu deyib.

BAKI, 2 sent – Sputnik. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsinə münasibət bildirib.

Sputnik xəbər verir ki, Əli Həsənov Azərtaca verdiyi açıqlamada jurnalistin həbsinin siyasiləşdirilməsinin yolverilməz olduğunu deyib:

"Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunub, məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirilib və müvafiq qərar çıxarılıb. Buna görə də bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin, həmçinin bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarının məhkəmənin X.İsmayılova ilə bağlı qərarını siyasiləşdirmək cəhdləri yolverilməzdir."

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi ölkədə söz və məlumat azadlığının vəziyyətinə də toxunub:

"Azərbaycan dövləti söz və məlumat azadlığını, kütləvi informasiya vasitələrinin müstəqilliyini daha da inkişaf etdirmək istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu gün ölkədə yüzlərlə KİV tam sərbəst şəkildə və təhlükəsiz şəraitdə fəaliyyət göstərir, jurnalistlər heç bir maneə olmadan öz vəzifə borcunu yerinə yetirirlər. İnkişaf etmiş Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da jurnalistlər peşə fəaliyyətinə görə məsuliyyətə cəlb olunmurlar. Bu səbəbdən bəzi xarici dairələrin Azərbaycandakı reallığı təhrif etmək, ayrı-ayrı halları əsassız şəkildə ümumiləşdirərək ölkənin demokratik imicinə xələl gətirmək cəhdlərini qəbuledilməz hesab edirik və onları bu yanaşmadan çəkinməyə çağırırıq."

Teqlər:
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Xədicə İsmayılova, Əli Həsənov, Xədicə İsmayıl, Azərbaycan

Əsas mövzular