08:05 25 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
МИНИСТЕРСТВО НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

MTN anti-terror əməliyyatı keçirib, beş İŞİD-çi həbs edilib

© Foto : STR
AZƏRBAYCAN
Qısa URL
24511

Həbs edilənlər qanunsuz silahlı birləşmələr yaratmaqda, vətəndaşları ölkə xaricində döyüşlərə cəlb etməkdə şübhəli bilinirlər.

BAKI, 2 sent — Sputnik. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, beş nəfər həbs edilib.

Verilən xəbərə görə qanunsuz silahlı birləşmələr yaratma, onları silahla təchiz etmə, həmçinin, terrorçuluq və terrorla hədələmə, vətəndaşları dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycandan kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan vətəndaşları — Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu şübhəli şəxs qismində tutulublar məhkəmə qərarı ilə həbs ediliblər.

Müəyyən edilib ki, Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)" terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1,279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3 və 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Əlaqədar

Terrorçuların yerini deyənə 200 min lirə ödəniləcək
Terror təşkilatının lideri Ərdoğanın qızına evlənmə təklif edib
20 PKK-lı terrorçu polisə təslim olub
Teqlər:
təhlükəsizlik, MTN, terrorla mübarizə, həbs, MTN, Azərbaycan

Əsas mövzular